Rusiya-Ukrayna müharibəsi arxa plana keçib – Ərdoğan

Rusiya-Ukrayna müharibəsi arxa plana keçib – Ərdoğan

Rusiya ilə Ukrayna arasında müharibə arxa plana keçsə də, bütün şiddəti ilə davam edir.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müharibənin ilk aylarında ölkəmizin səyləri ilə irəli sürülən sülh planının dəyəri gündən-günə daha çox hiss olunur. Bu gün biz daha yaxşı başa düşürük ki, qlobal sülhün və təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan beynəlxalq təşkilatların problemlərin həlli imkanları yoxdur. Ədalətli sülhdə uduzanların olmadığı faktı bizim qarşımızdadır. Türkiyə daha çox qan və göz yaşının tökülməsinin qarşısını almaq üçün məsuliyyəti üzərinə götürməyə hazırdır. Buna son qoymağın vaxtıdır”, – Ərdoğan bildirib.

Teqlər: