Rusiya qış hücumları üçün Ukrayna hava hücumundan müdafiə sistemlərində boşluqlar axtarır.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.
Bildirilib ki, ruslar indi Ukrayna ərazisinə zərbə endirmək üçün müxtəlif silahlardan istifadəni genişləndiriblər.
“Söhbət raketlərin, idarə olunan bombaların və PAU-lardan gedir. Bunu Rusiyanın Ukraynanın arxa cəbhəsinə endirdiyi son hava hücumları da sübut edir”.