Rusiya ilə Ukrayna arasında yaşanan gərginlik bundan sonra da davam edərsə, bu, Avropa bazarında mavi yanacağın qiymətinin artımına səbəb olacaq. Problem təkcə bununla yekunlaşmayacaq.
Trend xəbər verir ki, bu barədə “Xəzər” TV-nin hazırladığı sujetdə qeyd olunub.
Trend İnformasiaya Agentliyinin Baş direktorunun müavini Sahil Kərimli “Xəzər” Tv-yə açıqlamasında qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı gərginliyin enerji bazarlarına təsirləri çoxdan hiss olunmağa başlayıb.
“Mövcud gərginlik, hər iki ölkənin, həm də bölgənin iqtisadi durumuna öz təsirlərini göstərir. Hər iki ölkə həm də tranzit daşımalarında iştirak edən ölkələrdir. Hər hansı gərginlik və müharibə ümumi iqtisadiyyata öz mənfi təsirlərini göstərəcək”, – deyə o qeyd edib.