Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində birgünlük fasilə götürülüb

Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsində birgünlük
texniki fasilə götürülüb.

Trend-in
məlumatına görə, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Mixaylo
Podolyak öz “Twitter” səhifəsində yazıb.

“Danışıqlarda sabahadək texniki fasilə götürülüb. İşçi
altqruplarda əlavə işlərin görülməsi və bəzi məqamların
dəqiqləşdirilməsi nəzərdə tutulur. Danışıqlar davam edir”, – deyə o
bildirib.

Qeyd edək ki, tərəflər arasında danışıqların bu gün başlayan
mərhələsi onlayn formatda keçirilir.