Rusiya-Ukrayna danışıqları birgünlük fasilədən sonra bərpa olunub

Ötən gün fasilə verilmiş Rusiya-Ukrayna danışıqları bərpa
olunub.

Trend-in
məlumatına görə, bunu Ukrayna nümayəndə heyətinin üzvü, Ali radanın
deputatı David Araxamiya deyib.

Danışıqların başlama vaxtı ilə bağlı jurnalistlərin suallarını
cavablandıran D.Araxamiya prosesin artıq başladığını bildirib.

Qeyd edək ki, iki ölkə arasında danışıqların növbəti mərhələsi
ötən gün onlayn rejimdə başlayıb. Tərəflər bir neçə saat
danışıqlardan sonra bəzi məsələlərin müəyyənləşdirilməsi üçün
birgünlük texniki fasilə elan etmişdi.