Rusiya üçün vahimə: Kremli vurmağı bacarırlarsa…

Rusiya üçün vahimə: Kremli vurmağı bacarırlarsa…

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun iddiasına əsasən, Kremlə dronlarla hücum etmək qərarı ABŞ-da verilibsə, demək, Rusiya üçün durum vahimdir. İkinci Dünya müharibəsi zamanı heç Hitlerin ordusu Moskvaya xeyli yaxınlaşmasına rəğmən, Kremlə zərbə endirə bilməmişdi, Moskvanın hava məkanı ciddi qorunurdu.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Kremlə 3 mayda dron hücumu ilə bağlı qeyd edib.

O bildirib ki, Vaşinqtonun Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədən zəif düşməsi üçün var gücüylə çalışmasına, Kremli cəzalandırmağın planlarını qurmasına şübhə yoxdur:

“Halbuki “ABŞ Kremlə PUA hücumunda iştirak etmir” deyən Ağ Evin Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Vaşinqtonun bu məsələdə əli olmadığını vurğulayıb. Bütün hallarda Kreml gümbəzini vuranların iki məqsədi olub: Birinci məqsəd müharibənin Rusiya ərazisinə keçdiyinə eyham vurulub; ikinci məqsəd zərbəyə cavab olaraq Rusiyanın reaksiya gücünü öyrənmək istəyiblər.

Ukraynada işğalçı müharibə davam etdikcə Rusiya daha çox naməlum gələcəyə doğru irəliləyəcək”.

Teqlər: