Rusiya üçün Tramp yox, Bayden yaxşıdır – Putin

Rusiya üçün Tramp yox, Bayden yaxşıdır – Putin

Rusiya Amerika xalqının seçəcəyi istənilən ABŞ prezidenti ilə işləməyə hazırdır. Lakin Bayden daha yaxşı olardı.

AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

Kreml rəhbəri jurnalistin “Hansı siyasətçi Rusiya üçün daha yaxşıdır – Co Bayden, yoxsa Donald Tramp?” sualına “Bayden” cavabını verib.

“O, daha təcrübəli, proqnozlaşdırıla bilən, köhnə formasiyanın siyasətçisidir”, – deyə Putin bildirib.

Teqlər: