Rusiya üçün şok: London “Apaçi”ləri Kiyevə göndərir

Rusiya üçün şok: London “Apaçi”ləri Kiyevə göndərir

Böyük Britaniya yeni hərbi yardım paketi çərçivəsində Ukraynaya “Apaçi AH64 E” hücum helikopterlərini verəcək.

AzerTimes xəbər verir ki, bu barədə “Mirror” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, helikopterlər Ukraynanın “Çellencer 2” tanklarının almasından sonra təhvil veriləcək.

“Apaçi” oyun qaydalarını dəyişdirəcək. İlk olaraq tanklar gələcək və helikopterlərin yerləşdirilməsinə isə qədər bir az vaxt lazımdır. NATO-nun digər üzvləri də bundan sonra nümunə götürməlidir. “Apaçi” helikopterləri 16 ədəd “Hellfire” tank əleyhinə mərmilər, 76 ədəd 70 mm-lik “Hydra” raketləri və 30 mm-lik mərmilərlə silahlanıb. Bu da o deməkdir ki, 4 “Apaçi” 70 tankdan ibarət bir polku tamamilə məhv edə bilər”, – mənbə bildirib

Qeyd olunub ki, ukraynalı pilotlar Britaniyada təlim keçəcəklər.

Teqlər: