ABŞ İranın Rusiya Federasiyasına raket ötürməyi planlaşdırdığı xəbərləri fonunda cavab tədbirləri üçün Avropa müttəfiqləri ilə əlaqə saxlayır.
AzerTimes xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib.
“İranın Rusiyaya yüzlərlə ballistik raket təhvil verməyi planlaşdırması ilə bağlı xəbərlər bizi dərindən narahat edir. Biz avropalı tərəfdaşlar və müttəfiqlərlə ala biləcəyimiz potensial tədbirlərlə bağlı əlaqə saxlamağa davam edirik”, – o bildirib.