Rusiya üçün ən qorxulu zərbə belə ola bilər

Rusiya üçün ən qorxulu zərbə belə ola bilər

Rusiyaya qarşı ən pis sanksiya texnologiyaya çıxışın məhdudlaşdırılması ola bilər. Bu, Rusiya iqtisadiyyatının daralmasına gətirib çıxaracaq.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko deyib.

“Əgər uzunmüddətli təsirdən danışırıqsa, ən qorxulu sanksiya məhz Rusiyanı yeni texnologiya bazarından məhrum etməkdir. Köhnə texnologiyalardan istifadə edərək neft qazmağa cəhd edə bilərsiniz, hətta bəzi məhsulları da istehsal edə bilərsiniz. Lakin dünya kifayət qədər sürətlə irəliləyir”, – Ustenko bildirib.

Teqlər: