Rusiya üç regionun enerji infrastrukturuna zərbələr endirdi

Rusiya üç regionun enerji infrastrukturuna zərbələr endirdi

Dekabrın 5-də Ukraynaya raket hücumları nəticəsində üç regionun enerji obyektlərinə zərbələr qeydə alınıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.

Onun sözlərinə görə, bu gün Rusiya Ukraynanı yenidən qaranlığa və soyuğa qərq etməyə çalışıb, lakin hava hücumundan müdafiə sayəsində bu plan iflasa uğrayıb.

“Ölkənin enerji sistemi işləyir və toxunulmaz olaraq qalır. Kiyev, Vinnitsa, Odessa vilayətlərində elektrik obyektlərində qəzalar olub. Bəzi regionlarda enerji sisteminin işini nizamlamaq və qəzaların qarşısını almaq üçün fövqəladə dayandırmalar tətbiq etmək məcburiyyətində qalınıb”, – Baş nazir bildirib.

O vurğulayıb ki, xilasedicilər və energetiklər hücumun nəticələrini aradan qaldırmaq üçün çalışırlar.

Teqlər: