Rusiya üç Polşa diplomatını ölkədən xaric edəcək

Rusiya Varşavanın üç rusiyalı diplomatını “persona non qrata” elan etməsinə cavab olaraq üç Polşa diplomatını ölkədən xaric edəcək.

AzerTimes-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, daha əvvəl Polşa üç rusiyalı diplomatı “persona non qrata” elan edib. Bu barədə Polşanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Xatırladaq ki, aprelin 15-də ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar çərçivəsində on rusiyalı diplomat Vaşinqtondan xaric ediləcək.

Teqlər: