Rusiya 22 iyundan etibarən marşrutlar boyunca Türkiyə ilə həm müntəzəm, həm də çarter uçuşlarını bərpa edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə yeni növ koronavirus infeksiyasına qarşı mübarizə üzrə əməliyyat qərargahından bildirilib.
Məlumatda qeyd olunub: “Rusiya nümayəndə heyətinin Türkiyəyə səfərindən sonra və Rusiyalı mütəxəssislərin rəyinə uyğun olaraq 22 iyun 2021-ci il tarixdən etibarən marşrutlar boyunca Türkiyə ilə müntəzəm və çarter uçuşlarının dayandırılmasından əvvəl razılaşdırılmış tezlik üzrə bərpa edilməsinin məqsədəuyğunluğu barədə qərar qəbul edildi.