Rusiya Türkiyə hakimiyyətinin BRİKS-ə qoşulmaq istəyini alqışlayır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, hamımız qonşularımızın, o cümlədən Türkiyə kimi mühüm tərəfdaşın BRİKS-ə artan marağını alqışlayırıq”, – deyə Peskov Türkiyənin təşəbbüsünün qarşıdan gələn BRİKS sammitinin gündəmində olacağını vurğulayıb.
Qeyd edək ki, BRİKS-in dövlət başçıları səviyyəsində sammiti 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək. İyunun 10-11-də isə Nijni Novqorodda etibarlı şəxslər və xarici işlər nazirlərinin (BRİKS+ formatında) görüşü olacaq.
Bundan öncə Türkiyə BRİKS-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.