Rusiya Türkiyədən geyim idxalını azaltdı

Rusiya Türkiyədən geyim idxalını azaltdı

Bu ilin doqquz ayının nəticələrinə əsasən, Rusiya Türkiyədən geyim idxalını demək olar ki, yarıya qədər – 253 milyon dollar azaldıb.

AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, ən çox üst geyim və trikotaj məmulatlarının alışı azalıb.

“Bu ilin üç rübündə kişilər üçün trikotaj üst geyimlərinin təklifi ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 dəfə azalaraq 231 min dollara, qadın geyimləri üzrə isə 5 dəfə azalaraq 147,7 min dollara düşüb”, – məlumatda qeyd olunub..

Qeyd edək ki, Rusiya Türkiyənin ən böyük geyim alıcıları arasında 12-ci yerdədir.

Teqlər: