Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsinə tətbiq edilən məhdudiyyətlərin vaxtını iyunun 21-dək uzadıb.
AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahından bildiriblər.
Məlumata əsasən, məhdudiyyətlərin vaxtı sözügedən ölkələrdə çətin epidemioloji vəziyyətin olması ilə əlaqədar uzadılıb.
Bundan əlavə, iyunun 2-dən etibarən Rusiya və Böyük Britaniya arasında müntəzəm uçuşlar bərpa edilir. Aviareyslər Moskva-London marşrutu üzrə həftədə 3 dəfə həyata keçiriləcək.