Rusiya sanksiyanı ləğv etdi

Rusiya sanksiyanı ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyə ilə bağlı gözlənilən sərəncamı imzalayıb.

Rusiya prezidenti Türkiyəyə qarşı bəzi iqtisadi sanksiyaların aradan qaldırılması ilə bağlı sərəncam imzalayıb.

Rusiya və Türkiyə arasında 2015-ci ilin noyabr ayında baş verən təyyarə insidentindən sonra korlanmışdı. Bu hadisədən sonra Rusiya Türkiyəyə qarşı bir sıra iqtisadi sanksiyalar tətbiq etmiş, türklərin çalışma icazəsini ləğv etmiş, birtərəfli qaydada viza tədbiqinə başlamışdı.

Yeni imzalanan sərəncamla türk vətəndaşlarına qarşı viza qadağası yumşaldılıb. Müəyyən kateqoriyadan olan türklər böhrandan öncəki kimi Rusiyaya yenidən vizasız gedə biləcəklər.

Bundan başqa türk şirkətlərinin Rusiya ərazisində fəaliyyəti, türk işçilərin çalışma izni ilə bağlı məhdudiyyətlər də aradan qaldırılıb.