Türkiyə-Rusiya bankının yaradılması ABŞ-ın sanksiyaları nəticəsində yaranan ödəniş köçürmələri üçün həll yolu ola bilər. Hazırda hər iki ölkənin departamentləri arasında bu mövzu müzakirə olunur.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin bank sektorundakı mənbə məlumat verib.
“Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və bundan əvvəl də müzakirə olunub. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur”, – mənbə bildirib.
Qeyd edək ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar, bu, ABŞ-ın sanksiyalarla bağlı görünməmiş təzyiqi ilə əlaqədardır.