“Qazprom” “Türk axını” ilə qaz nəqlini 21 iyundan etibarən müvəqqəti olaraq dayandıracaq.
AzerTimes xəbər verir ki, bu barədə şirkətin Teleqram kanalında məlumat yayılıb.
Bildirilib ki, bu, illik texniki xidmətlə bağlıdır.
Qaz nəqli yalnız 28 iyunda bərpa ediləcək.
Qaz nəqlinin dayandırılmasının bütün maraqlı tərəflərlə razılaşdırıldığı vurğulanıb.
Qeyd edək ki, “Qazprom” bir müddət öncə Şimal Axını-1 ilə qaz nəqlini 40% azaltmışdı.