Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərinin ticarət mərkəzinə raket zərbəsinin haradan atıldığı bəlli olub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.
Qeyd olunub ki, Rusiya Tu-22 M3 uzaqmənzilli bombardmançı təyyarələrindən atılan X-22 raketləri ilə Kremençuq şəhərindəki ticarət və əyləncə mərkəzini vurublar:
“Düşmən təyyarələri Şaykovka aerodromundan havaya qalxıb, buraxılışlar isə Kursk vilayətindən həyata keçirilib”.
Qeyd edək ki, Kremençuq şəhərinin ticarət mərkəzinə endirilən raket nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 50 nəfər isə xəsarət alıb. Hazırda xilasetmə işləri davam etdirilir, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.