Rusiyanın İl-76MD hərbi-nəqliyyat təyyarəsi Düşənbədəki hərbi aerodromdan havaya qalxan zaman yanıb.
AzerTimes xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
İlkin məlumatlara görə, oktyabrın 19-dan 20-nə keçən gecə təyyarədə təkər sürətlənmə zamanı partlayıb, bundan sonra yanğın başlayıb. Təyyarə uçuş-enmə zolağından çıxıb və tamamilə yanıb.
Mənbələrin məlumatına görə, təyyarədə 8 nəfər olub. Ekipaj xəsarət almayıb.