Rusiya təyyarəsi Bakıya təcili eniş etdi

Rusiya təyyarəsi Bakıya təcili eniş etdi

Rusiyanın “Utair” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

AzerTimes xəbər verir ki, bu barədə hava limanı məlumat yayıb.

Məlumata görə, Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Bakı aeroportuna eniş sorğusu göndərib. “Boeing 737” markalı təyyarəsi yerli vaxt ilə saat 10:42-də hava limanına enib.

Teqlər: