Rusiya strateji tərəfdaşlarına “İsgəndər” raket sistemlərini tədarük etməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev “Ordu-2024” beynəlxalq hərbi-texniki forumunda deyib.
Onun sözlərinə görə, şirkət artıq bu yüksək texnologiyalı silahların tədarükü üçün müraciətlər qəbul edir və maraqlı ölkələrlə əməliyyatların şərtlərini müzakirə etməyə hazırdır.