Rusiya televiziyasında hərbi çevrilişlə əlaqədar əhali məlumatlandırılıb.
AzerTimes xəbər verir ki, “Rusiya 24” telekanalında ölkənin Müdafiə Nazirliyinin bəyanatı səsləndirilib.
Qeyd edək ki, az öncə Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.
Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.
Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.