Rusiya təklif etsəydi, AB “yox” deməyəcəkdi – Stano

Rusiya təklif etsəydi, AB “yox” deməyəcəkdi – Stano

Moskva müvafiq təklif irəli sürsəydi, Avropa Birliyi Rusiya ilə terrorizmlə mübarizədə əməkdaşlığı bərpa etməkdən imtina etməzdi.

AzerTimes xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarının mətbuat katibi Peter Stano deyib.

“Əgər Rusiya rasional əsasa malik və beynəlxalq qaydalara uyğun təkliflə çıxış etsəydi, AB “yox” deməyəcəkdi. AB Moskvada “Krokus Siti Holl”da törədilən terror aktını aydın və operativ şəkildə pisləyib”, – Stano bildirib.

Teqlər: