Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsi qərarı Rusiyanın təcavüzü qarşısında Avropanın güclənməsi istiqamətində atılan ən böyük addımdır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bu qərar təkcə Ukraynaya aid deyil. Bu, Rusiya müharibəsinin azadlığı və birliyi qoruyub saxlamaq qabiliyyətimizi sınaqdan keçirdiyi bir vaxtda, elə indi, bizim dövrümüzdə və belə bir şəraitdə Avropanın güclənməsi istiqamətində atılan ən böyük addımdır”, – Ukrayna lideri söyləyib.