Rusiya: Taxıl sazişini uzatmaqda maraqlı deyilik!

Rusiya: Taxıl sazişini uzatmaqda maraqlı deyilik!

Rusiya taxıl müqaviləsinin uzadılmasında maraqlı deyil, sövdələşmənin ləğvini nəzərə alsaq belə, taxıl ixracının həcmi azalmayıb, əksinə, bir qədər artıb.

AzerTimes verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.

O bildirib ki, cari kənd təsərrüfatı ilində, dekabrın ortalarına qədər 30 milyon tondan çox məhsul ixrac edilib:

“Bu, ötən ilin eyni dövrü ilə müqayisədə daha çoxdur”.

Patruşev həmçinin vurğulayıb ki, Rusiyanın taxıl müqaviləsini bərpa etməkdə maraqlı olmaması əsasən siyasi qərardır.

Teqlər: