Kremlin fikrincə, taxıl sazişi artıq onun maraqlarına cavab vermir. Məhz buna görə də Rusiya müqavilədən geri çəkildi.
AzerTimes xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
Məlumata görə, Rusiya bu qərarı bir müddət əvvəl verib:
“Rusiya bunu dezinformasiya ilə maskalayaraq, geri çəkilməsini guya Ukrayna minalarının mülki gəmiləri təhlükə altında qoyması, Kiyevin taxıl dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsi ilə izah edib. Eyni zamanda, Rusiya bu iddialar üçün heç bir sübut təqdim etməyib.
Rusiya Qara dəniz donanması, çox güman ki, hansısa davam edən ticarətin qarşısını almaqda daha fəal rol oynayacaq”.