Xəbər - Orxan Nəbiyev – Trend:
Rusiya Taxıl İttifaqı 2021-ci ildə buğda yığımı üzrə proqnozu 82-83 milyon tondan 75 milyon tonadək azaldıb.
Trend-in məlumatına görə, bu barədə İttifaqın prezidenti Arkadi Zloçevski deyib.
O bildirib ki, proqnozun azaldılması əlverişsiz hava şəraitinin fəsadları ilə bağlıdır.
Onun sözlərinə görə, ümumilikdə taxıl yığımı üzrə proqnoz 118 milyon tonadək azaldılıb.
Eyni zamanda, ABŞ Kənd Təsərrüfatının buğda yığımı üzrə proqnozu 15,5 milyon ton azaldılıb.