Yalnız Qara dəniz Donanmasının gəmilərinə hücumun bütün halları aydınlaşdırıldıqdan və BMT Təhlükəsizlik Şurasının müvafiq iclasından sonra taxıl sazişi üzrə gələcək addımlar barədə danışmaq məqsədəuyğun olardı.
AzerTimes xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“İlk növbədə, baş verənlərin bütün şəraitini öyrənməlisiniz. Sevastopoldakı hücum əvvəllər razılaşdırılmış bütün şərtləri pozub. Rusiya hücumu müzakirə etmək üçün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Bundan sonra növbəti addımlar barədə danışmaq olar. Rusiya tərəfi taxıl sazişində iştirakın dayandırmasından sonra BMT və Türkiyə ilə təmaslara ümid edir. Bu, yaxın gələcəkdə baş tuta bilər”, – o bildirib.
Qeyd edək ki, Rusiya Qara dəniz Donanmasına hücum səbəbindən taxıl sazişindən çıxıb.