Rusiyada iyun ayında may ayı ilə müqayisədə qiymətlər 0,35% ucuzlaşıb. Belə ki, 1991-ci ildən bəri bir dəfə də olsun Rusiyada deflyasiya qeydə alınmayıb.
AzerTimes xəbər verir ki, bu barədə Rosstatın məlumatında deyilir.
İllik ifadədə inflyasiya may ayında 17,1%-dən 15,9%-ə enib.
Deflyasiyaya əsas səbəb ərzaq və qeyri-ərzaq mallarının ucuzlaşması göstərilir.
Ekspertlər bunu istehlak tələbinin azalması və rublun möhkəmlənməsi ilə əlaqələndirirlər ki, bu da məzənnəyə həssas olan malların qiymətinə təsir edib.
Avqustdan sonra deflyasiyanın davam etmə ehtimalı isə son dərəcə azdır.