Rusiya tarix boyu İrana xəyanət edib.
AzerTimes xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əhməd Əvayi Rusiya və Körfəz Əməkdaşlıq Şurasının Moskva bəyanatına cavab olaraq deyib.
“Qətiyyətlə deyirəm ki, tarix boyu biz Rusiyadan xəyanətdən başqa heç nə görməmişik. Müharibə dövründə (1980-88-ci illər) İraqı silahlandırdılar və bizə qarşı çıxdılar. Sanksiyaların müzakirəsində ruslar veto qoymadılar, sanksiyalara imza atdılar və ölkəmizi bu günə saldılar”, – millət vəkili bildirib.
O, həmçinin, İran Xarici İşlər Nazirliyini Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.
Qeyd edək ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Rusiyanın bu bəyanata imza atması İranın kəskin narazılığına səbəb olub.
İran bunun ardınca Rusiyaya qarşı kəskin ittihamlar səsləndirir, hətta İran XİN buna cavab olaraq Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan edib.