Nüvə silahından istifadə Vladimir Putinə Ukraynadakı ordusunun problemlərinin həllinə kömək etməyəcək.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Araşdırılması İnstitutu məlumat yayıb.
“Eskalasiya – istər adi, istərsə də nüvə – Putinin problemlərini həll edə bilməz. Rusiya Ukraynanın yaşayış mərkəzlərinə, kritik infrastrukturlarına hücumlarını genişləndirsə və ya Putin Ukraynaya qarşı taktiki nüvə silahından istifadə etsə, bu, yalnız bir müddət Ukraynanın əks-hücumlarını dayandırın bilər. Nüvə silahından istifadə Qərbin sərt reaksiyasına səbəb ola bilər”, – məlumatda deyilir.