Rusiya taktiki nüvə silahı tətbiq edərsə… – Danilov

Rusiya taktiki nüvə silahı tətbiq edərsə… – Danilov

Cəbhədə vəziyyət gərgin olaraq qalır, müharibə davam edir və sonu hələ çox uzaqdadır.

AzerTimes xəbər verir ki, bu açıqlama ilə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov çıxış edib.

“Cəbhə xəttində vəziyyət gərgindir, mürəkkəbdir və mən rus ordusunu zəif hesab edənlərin düşərgəsindən deyiləm. Onların çox böyük resursları var və o resursları bura gətiriblər”, – Danilov bildirib.

O qeyd edib ki, rus işğalçıları silahlarda, xüsusilə artilleriya və ağır texnikada üstünlüyə malikdir:

“Bu, döyüşçülərimizi qorxutmur. Biz öz mövqelərimizi qoruyuruq. Zaman-zaman əks-hücumlar həyata keçiririk. Ancaq müharibə hələ də davam edir və müharibəni bitirməkdən çox uzağıq”.

Danilov həmçinin qeyd edib ki, Ukrayna Rusiya tərəfindən müharibə qaydalarının yeni pozuntularına, o cümlədən kimyəvi, bioloji və hətta taktiki nüvə silahlarından istifadəyə qarşı hazırlaşır: “Biz istənilən ssenariyə hazırıq”.

Teqlər: