Rusiya Aerokosmik Qüvvələri Suriyanın Xüms və Deyr əz-Zor əyalətlərində silahlıların bazalarına sutka ərzində 6 zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Tərəfləri Barışdırma Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov bildirib.
“Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələri Əl-Tanf zonasını (ABŞ-ın nəzarətindədir – red.) tərk edən və Xüms əyalətindəki Əl-Amur dağ silsiləsi və Deyr əz-Zor əyalətindəki Əl-Bişri kimi çətin relyefli ərazilərdə gizlənən yaraqlıların müəyyən edilmiş bazalarına altı zərbə endirib.”, – deyə general qeyd edib.