Rus işğalçıları Sum vilayətinin sərhədyanı ərazilərində hücumlar həyata keçirmək üçün aviasiyadan istifadəni gücləndiriblər.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.
Qeyd olunub ki, xüsusilə, Privolye, Pavlovka, Basovka, Novenkoye, Yunakovka, Kiyanitsa, Yablonovka, Puşkarevka, Kondratovka və Moqritsa kimi yaşayış məntəqələrinin əraziləri rusların hücumuna məruz qalıb.
Həmçinin Pokrovka, Xleborob, Baçevsk, Yunakovka, Krujok, Bunyakino və Bruski yaşayış məntəqələri artilleriyadan atəşə tutulub.