Sentyabrın 18-i axşam saatlarında rus hərbçiləri Ukraynanın Sum bölgəsinə hücuma keçib.
AzerTimes xəbər verir ki, bu barədə Sum regional hərbi administrasiyasından bildirilib.
Qeyd olunub ki, şəhərdə növbəti terror aktı nəticəsində bütün su təchizatı kəsilib, elektrik enerjisi verilişində fasilələr yaranıb:
“Düşmən Sum vilayətinin mülki əhalisini terrora məruz qoyur, sentyabrın 18-də ruslar yenidən mülki infrastruktura hava zərbəsi endirib. Düşmən hücumunun nəticələrini aradan qaldırmağa çalışırıq”.