Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə yaşayış evinin atəşə tutulması məlumatı yalandır – MN

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisində yaşayış evinin atəşə tutulması barədə yayılan məlumat
yalandır.

Bu barədə AzerTimes-a Müdafiə Nazirliyindən bildiriblər.


“Erməni sosial şəbəkələrində guya Rusiya sülhməramlılarının
müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində Ordumuzun bölmələri
tərəfindən mülki yaşayış evinin atəşə tutulması barədə yayılan
məlumat yalandır, təxribat xarakteri daşıyır”, – məlumatda
deyilir.

Teqlər: