Rusiya sülhməramlıları Qazaxıstanda fəaliyyətə başlayıb

Qazaxıstana göndərilmiş sülhməramlı qüvvələrin tərkibindəki Rusiya bölmələri tapşırıqların icrasına başlayıb.

AzerTimes-ın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bildirib.

Qeyd olunub ki, kollektiv qüvvələrin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Silahlı Qüvvələrinin bölmələri daxildir. Sülhməramlı qüvvələrin əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsi olacaq.