Rusiya sülh danışıqlarında ciddi deyil.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba danışıb.
Kuleba qeyd edib ki, Rusiya bir tərəfdən danışıqlara hazır olduğunu desə də, digər tərəfdən daha çox raket, daha çox İran PUA-sı və qoşun göndərir:
“Dediyim kimi, Rusiya üçün danışıqlar sadəcə tüstü pərdəsidir. Biz buna ciddi münasibətin əlamətini görmürük”.
O, həmçinin xatırladıb ki, “Ukrayna sülh formulu”na əsasən, danışıqlar son addımdır və müharibənin dayandırılması prosesi Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması ilə başlamalıdır.