Rusiya Arktikada silahlanır və bu o deməkdir ki, NATO Rusiyanın hücumunun qarşısını etibarlı şəkildə almalıdır.
AzerTimes xəbər verir ki, bu barədə Norveçin Silahlı Qüvvələrinin komandanı Eyrik Kristoffersen deyib.
O, NATO-nun Şimal Qütbündə hərbi konfliktə hər zaman hazır olduğunu bildirib:
“1988-ci ildən əsgər olduğum vaxtdan mümkün hərbi konfliktə hazır olmuşam. Moskva Qərbin zəifliyindən şübhələnərsə, Rusiya hakimiyyəti bundan öz maraqları naminə yararlanmaqdan çəkinməyəcək”.