Rusiya müasir Su-57 qırıcı təyyarələri üçün PUA-lar istehsal edəcək.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, həm döyüş, həm də kəşfiyyat PUA-larını Su-57-nin ön hissəsinə bərkitməklə buraxmaq mümkün olacaq. Qırıcı eyni anda bir neçə dron buraxa biləcək.