Rusiya Su-35-ləri İrana verməkdən imtina etdi?

Rusiya Su-35-ləri İrana verməkdən imtina etdi?

İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani Rusiyadan Su-35 qırıcılarının alınması ilə bağlı müqavilənin iflasa uğradığını dolayısı ilə təsdiqləyib.

AzerTimes xəbər verir ki, o, bu barədə İranın SNN xəbər agentliyinə açıqlamasında bildirib.

Müdafiə naziri qırıcıların alqı-satqısı ilə bağlı təfərrüatı açıqlamasa da, onun sözlərindən bu məsələdə İranla Rusiya arasında mümkün razılaşma prosesində irəliləyişin olmadığı məlum olur.

İran tərəfinin bu qırıcıları əldə etmək üçün böyük səylərini nəzərə alsaq, görünür, müqavilənin icrasında irəliləyişin olmaması Rusiyanın Su-35-ləri İrana satmaq istəməməsi ilə bağlıdır.

Qabaqcıl qırıcıların İrana verilməməsində İsrailin də rolunun olduğu ehtimal edilir.

Xatırladaq ki, cari ilin mart ayında İranın BMT-dəki daimi nümayəndəliyi bəyanat yayaraq, Tehran rejiminin Rusiyadan Su-35 qırıcı təyyarələrinin alınması ilə bağlı müqaviləni yekunlaşdırdığını bildirmişdi.

Teqlər: