Rusiya SSRİ sayəsində Ukraynanın bu zəif yerini bilir

Rusiya SSRİ sayəsində Ukraynanın bu zəif yerini bilir

Rusiya SSRİ dövründə yaradılan Ukrayna energetikasının zəif yerlərini yaxşı bilir.

AzerTimes xəbər verir ki, bunu “Taym” jurnalının köşə yazarı Siara Nyucent bildirib.

Müəllifin sözlərinə görə, sovet mühəndisləri sayəsində keçmiş Sovet respublikaları şəhərləri ucuz və universal istiliklə təmin edən inkişaf etmiş və geniş enerji təchizatı şəbəkəsi əldə ediblər:

“Ölkələrin müstəqillik əldə etməsindən otuz il keçsə də, kifayət qədər sərmayə qoyulmaması səbəbindən xidmət keyfiyyətinin ciddi şəkildə pisləşməsinə baxmayaraq, Estoniya, Litva və Slovakiyada istilik istehsalının əsas payı hələ də mərkəzləşdirilmiş istilik sisteminin payına düşür. Ukraynada 2021-ci ilə qədər şəhər ev təsərrüfatlarının 53 faizi hələ də bu sistemlərlə işləyir. Ukraynanın energetika sənayesi əsas zəif nöqtədir. Moskva Sovet dövründə qurulmuş istilik sistemi haqqında dərin biliklərə malikdir”.

Teqlər: