Rusiya SSRİ-nin yolunu gedir – Dunda

Rusiya SSRİ-nin yolunu gedir – Dunda

Rusiya indi 1970-1980-ci illərdəki SSRİ-nin yolu ilə gedir. Sovet hökumətinin imperiya siyasəti SSRİ-nin dağılmasına səbəb oldu. Rusiyanın özünü də tənəzzül gözləyir.

AzerTimes xəbər verir ki, bunu ukraynalı deputat Oleq Dunda deyib.

“Bu siyasət xüsusən də boş rəflər, çökmüş mənzil-kommunal təsərrüfatı ilə başa çatdı. Onlar şərti olaraq bütün rayonlardan bölgələrin, vətəndaşların rifahı üçün resurs yığırdılar. Ancaq vəsaitlər sonra xalqa yox, müharibələri maliyyələşdirməyə, ilk növbədə imperiyadan kənarda siyasəti təbliğ etməyə istifadə olunurdu: Əfqanıstanı, Afrikadakı kampaniyaları, Anqola, Mozambiki xatırlayaq”, – o bildirib.

Dundanın sözlərinə görə, Rusiya da Sovet hökuməti ilə eyni üsullardan istifadə edir, rayonları talayır:

“Oradan götürülən resurslar hərbi sənaye kompleksinə, Ukrayna ilə müharibəyə, “Priqojin”ləri maliyyələşdirməyə, Qərb demokratiyalarında radikal siyasi hərəkatları dəstəkləməyə və təbliğata gedir”.

Teqlər: