Rusiya operativ pauza götürmədi, son rus əsgərinə kimi hücum etməyi qərara aldı.
AzerTimes xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
O bildirib ki, Rusiya Donetsk vilayətində ikinci mərhələyə başlamaq niyyətindədir:
“Düşmənin aktivliyi çox yüksəkdir. Xüsusən, Donetsk istiqamətində… Düşünürdük ki, onlar operativ fasilə götürəcəklər. Nə üçün? Çünki qoşunları cəmləşdirmək, ehtiyatı gətirmək gərəkdir. Lakin yox… Düşmən ikinci varianta getdi. Son rus əsgərinə kimi hücuma keçməyi seçdi”.