Kursk bölgəsində əməliyyatlar başlamazdan əvvəl Ukraynanın informasiya təhlükəsizliyi qüsursuz idi.
AzerTimes xəbər verir ki, bunu “Skay Nyus”un təhlükəsizlik və müdafiə redaktoru Debora Hayns bildirib.
“Rusiyanın sərhəd bölgəsinin qəfil nəzarətə götürülməsi həm müttəfiqləri, həm də düşməni şoka saldı, lakin Kiyev hələ hadisələri rəsmi şəkildə şərh etməyib”, – Hayns vurğulayıb.
O qeyd edib ki, Ukraynanın informasiya təhlükəsizliyi inanılmaz dərəcədə güclü idi.