Rusiya hərbçiləri NATO-nun 8,6 mm çaplı snayper güllələrini saxlayan yeni “Obereq” zirehli gödəkcələri sınaqdan keçirib.
AzerTimes xəbər verir ki, bunu “Rostex”in baş direktor müavini Vladimir Artyakov deyib.
“Gödəkcənin ümumi çəkisi 11.7 kq-dır. Onu təkcə 7.62×54 mm kalibrli Br-5 güllələri üçün deyil, həm də 8.6 mm-lik daha böyük “338 Lapua Maqnum” güllələri üçün sınaqdan keçirdik. Keramik lövhə gülləni saxladı. Biz həm də ABŞ və Çin istehsalı olan gödəkcələri də sınaqdan keçirdik. Sınaqlar göstərdi ki, xarici istehsal olan gödəkcələr çox zəifdir”, – Artyakov bildirib.