Rusiya şirkətləri Azərbaycanda “ağıllı” layihələrdə iştirakda maraqlıdır – Nazirlik (ÖZƏL)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Rusiya şirkətləri Azərbaycanda “ağıllı” layihələrdə iştirakda maraqlıdır və texnologiya tərəfdaşları olmağa hazırdır.

Bu barədə AzerTimes-a Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Rusiya Azərbaycanda baş verənləri diqqətlə izləyir:

“Bizə məlum olduğu qədər, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları və elektron səhiyyə sahəsində layihələr hazırlanır. Rusiya şirkətləri bu istiqamətlərdə böyük təcrübəyə malikdir və bununla əlaqədar biz Azərbaycan tərəfinin texnologiya tərəfdaşı qismində iştirak etməkdə maraqlıyıq”.

Nazirlikdən bildiriblər ki, iki ölkə arasında uzunmüddətli və qarşılıqlı səmərəli əməkdaşlıq qurulub və telekommunikasiyalar, biznes proseslərinin avtomatlaşdırılması, səsli və multimodal biometriyanın tətbiqi sahələrində layihələr reallaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: