Rusiya şirkətləri azad edilmiş ərazilərdə layihələr üçün 17 müraciət təqdim edib

Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində
layihələrin reallaşdırılması üçün 17 müraciət təqdim edib.

Trend-in məlumatına görə, bunu baş nazirin
müavini Şahin Mustafayev Rusiya ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın plenar iclasında
deyib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Azərbaycanda sənaye
parklarında layihələrdə iştirakı üçün yaxşı perspektivlər var.

“Cəbrayıl rayonunda sənaye parkında “KamAZ” şirkətinin zavodunun
tikintisi davam edir. Zavodun tikintisinin 2022-ci ilin iyulunda
başa çatması planlaşdırılır. Eyni zamanda, ölkələr arasında yeni
investisiya layihələri üzrə danışıqlar aparılır”, – Ş.Mustafayev
deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: